27 Sentyabr 2022
Kateqoriyasız

Rusiyalı futbolçu Azərbaycan millisində oynaya bilər

Rusiyanın “Torpedo” klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçunu bu barədə “Sport24.ru” saytına açıqlama verib. O, hələlik bu barədə qərar vermədiyini vurğulayıb:

“O vaxtı Azərbaycanda oynamışam. Orada heç bir qohumum yoxdur. Sadəcə, AFFA-dan zəng gəldi, 1995-ci il təvəllüdlü oyunçuların komandasının yığıldığı deyildi. Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi”.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycanlı hakim Konfrans Liqası matçını idarə edəcək

admin

UEFA göndərdi, AFFA “Qarabağ”a köçürdü

admin

“Bundan sonra işğaldan yox, bu zəfərdən danışacağam” – Qurban Qurbanov

admin