Dünya futbolu

Rusiyalı futbolçu İtaliyada klubunu dəyişə bilər

“Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını “Bolonya”da davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, komanda “Bolonya”nın vingeri Rikkardo Orsolini ilə müqavilə imzalamaqda maraqlıdı. Rəhbərlik 27 yaşlı italiyalının qiymətini aşağı salmaq üçün Mirançuku müqaviləyə daxil edə bilər.

Ötən mövsüm 28 yaşlı rusiyalı “Atalanta”nın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə edib.

Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı Mirançukun dəyərini 9 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43