Türkiyə Superliqa klubu “Ankaragücü”nün rusiyalı futbolçusu Zaur Sadayev millinin oyunları ilə yaranan fasilədən sonra klubun düşərgəsinə qayıtmayıb.
İdmanxeber.az-ın məlumatına görə, 10 günə yaxındı futbolçudan xəbər yoxdu. Bununl bağlı Ankara klubu rəsmi bəyanat yaymağı planlaşırır.
Sadayev 2019-cu ilin fevralında “Ankaragücü” ilə müqavilə bağlayıb. 30 yaşlı futbolçu əvəllər “Axmat”, “Lex”, “Lexiya” və “Beytar” klublarında çıxış edib.