Dünya futbolu

Rusiyalı qapıçı PSJ ilə müqavilə imzalayır

“Krasnodar”ın qapıçısı Matvey Safonov PSJ ilə müqavilə imzalamaq üçün Parisə uçub.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı rusiyalı hazırda Fransa komandası üçün tibbi müayinədən keçir. O, daha sonra PSJ ilə 2029-cu ilin yayına kimi müqavilə imzalayacaq.

Safonov “Krasnodar”ın heyətində 175 oyun keçirib. Qolkiper bu müddətdə 208 qol buraxıb və 53 dəfə qapısını toxunulmaz saxlayıb. 

“Transfermarkt” portalı Safonovun dəyərini 18 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43