Millimizin üzvləri Əli Gökdəmirlə Ruslan Abışov bu dəfə meydanda rəqib olaraq qarşılaşacaq. Gökdəmirin komandası “Hannover96” ilə Abışovun formasını geyindiyi “Rubin” yoxlama matçında üz-üzə gələcək.
Türkiyənin Bələk bölgəsində keçiriləcək qarşılaşma yanvarın 16-da baş tutacaq.