“Futbol +” qəzetinin ölkəmizdə top qovan yerli və əcnəbi futbolçular arasında keçirtdiyi “Baş döyüşü” adlı bilik müsabiqəsi başa çatıb. Ruslan Abışov finalda Yuri Fomenkonu məğlub edərək uzun müddət davam edən müsabiqənin qalibi olub və “Ölkənin ən bilikli futbolçusu” adını qazanıb.