Millimizin üzvü Ruslan Abışov şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun saytına müsahibə verib. Müdafiəçimiz “Rubin”in siması” rubrikası üçün bunları deyib:
– 2013-cü ildə sizin üçün ən yadda qalan hadisələr nə oldu?
– Əsas hadisə dünya çempionatının seçmə mərhələsində Bakıda Rusiya millisinə qarşı keçirdiyimiz oyun oldu. Azlıqda qalsaq da, matçın sonlarında hesabı bərabərləşdirə bildik (1:1).
– Qarşıda gələn ildən nə gözləyirsiniz?
– Daha çox oyun praktikası və az zədə.
– Yeni ildə hansı hədiyyəni almaq istəyirsiniz?
– “Ferrari” avtomobili.
– Sizdə yeni il bayramı nə ilə assosiasiya olunur?
– Yeni il yolkası, uşaqlar və hədiyyələrlə.
– Sonuncu dəfə hansı ifaçının mahnılarını özünüz üçün seçmisiniz?
– Fərqli müğənniləri dinləməyi xoşlayıram. Hansısa xüsusi seçimim yoxdur.