Ölkə futbolu

Ruslan Abışov: “Ferrari” istəyirəm”

Millimizin üzvü Ruslan Abışov şərəfini qoruduğu Rusiyanın “Rubin” klubunun saytına müsahibə verib. Müdafiəçimiz “Rubin”in siması” rubrikası üçün bunları deyib:

– 2013-cü ildə sizin üçün ən yadda qalan hadisələr nə oldu?

– Əsas hadisə dünya çempionatının seçmə mərhələsində Bakıda Rusiya millisinə qarşı keçirdiyimiz oyun oldu. Azlıqda qalsaq da, matçın sonlarında hesabı bərabərləşdirə bildik (1:1).

– Qarşıda gələn ildən nə gözləyirsiniz?

– Daha çox oyun praktikası və az zədə.

– Yeni ildə hansı hədiyyəni almaq istəyirsiniz?

– “Ferrari” avtomobili.

– Sizdə yeni il bayramı nə ilə assosiasiya olunur?

– Yeni il yolkası, uşaqlar və hədiyyələrlə.

– Sonuncu dəfə hansı ifaçının mahnılarını özünüz üçün seçmisiniz?

– Fərqli müğənniləri dinləməyi xoşlayıram. Hansısa xüsusi seçimim yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43