06 Oktyabr 2024
Müsahibə

Ruslan Abışov: “Mən əlimlə Ürfanı göstərdim, o isə…” (MÜSAHİBƏ)

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov “Rəvan”la keçirilən görüşdən sonra İdmanxeber.com-a müsahibə verib:

 

– İlk öncə oyunlabağlı fikirlərini öyrənmək istəyərdim..
– Çətin oyun olacağını bilirdik.. Buna da artıq öyrəşmişik. Asan oyunda olmur. İstənilən komanda güclü rəqibdən xal da ala bilir. Ona görə biz də bu görüşə çox ciddi hazırlaşmışdıq. “Rəvan” kimi rəqiblərlə görüşdə gərək ilk dəqiqələrdən qol vurasan ki, daha rahat oynayasan. Düzdü, qolumuz gecikdi, ancaq əsas o idi ki, ilk yarıda qolumuzu vurduq. Bundan sonra isə daha rahat oynamağa başladıq, “Rəvan” da daha çox boşluqlar verməyə başladı. Bu da bizim üçün üstünlük idi. Vurduğumuz ikinci qoldan sonra oyunun taleyi həll olundu. 

 

– Öz oyunun barədə nə düşünürsən? Tam formanı bərpa etmisən yoxsa hələ tezdi?
– Keçmişlə bağlı heç nə danışmaq istəmirəm. Əvvəlki formamı bərpa etmək üçün zamana ehtiyac var. Məlumdu ki, müəyyən səbəblərdən futbol oynamadıq. Ancaq hər şey qaldı keçmişdə. Bundan sonra öz oyunum barədə fikirləşirəm. Yenidən yaxşı formada olmaq istəyirəm. Həm “Qəbələ”nin əsas heyətində möhkəmlənmək istəyirəm, həm də milliyə kömək olmaq niyyəyindəyəm. 


– Avrokuboklarda məlum səbəblərdən çıxış edə bilməyəcəksən. Bu motivasiyana mənfi təsir göstərir?
– Əlbəttə, mən də istəyərdim avrokuboklarda komandama kömək edim. İnanıram ki, komandamız Avropa Liqasında yaxşı çıxış edəcək. 

– Roman Qriqorçuk Oleksey Qayı əvəzləyəndə o, kapitan sarğısının sənin qoluna bağlamağını istəyirdi?
– Mən əlimlə Ürfanı göstərdim. Qay gətirdi mənə verdi. Ona bildirdim ki, Ürfana verməliydin. Amma mənim qoluma bağladı. Burada problemli bir şey yoxdu, kapitanın kim olmasının o qədər də fərqi yoxdu. Əsas odu komanda nəticə göstərsin.  


– “Qəbələ”nin çempionluq yolunda əsas rəqibləri hansı komandalardı?
– “İnter”, “Qarabağ” və “Neftçi” özü də. Hələ qarşıda çətin oyunlar var. Maksimum nəticə qazanmaq lazımdı. Autsayder də indiki gündə güclü rəqibdən xal alacaq gücdədi.
– “Qəbələ”dən gedib qayıtdıqdan sonra hansısa dəyişiklik gördün komandada?
– Komanda artıq oyun baxımından daha da inkişaf edib. Zamanla daha yaxşı olacaq.

– Sirr deyilsə, Qriqorçukdan özünə qarşı münasibətdə dəyişiklik hiss etmirsənki?
– Xeyr. İlk görüşdə də gülərək, qucaqlaşıb görüşdük. Keçmişdə olanlar artıq keçmişdə qalıb. İndi bizim çox yaxşı münasibətimiz var. Onun kimi məşqçi ilə işləmək mənim üçün üstünlükdü. Çünki Qriqorçuk kimi məşqçidən futbolçu çox şey öyrənir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43