Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Ruslan Abışov zədəli olduğu üçün Moldova yığmasına qarşı matçda iştirak edə bilməyəcək.