Bu gün “Neftçi”nin mətbuata açıq keçirilən məşqində jurnalislərin suallarını cavablandıran Ruslan Abışov zədəsi barəsində danışıb. O, hələ oynamağa hazır olmadığını bildirib:
“”Zədədən sonra tam hazır deyiləm. Yəqin ki, Antalya toplanışında tam gücümlə hazırlaşacam. Özümü tam hazır hiss etsəm, yoxlama oyunlarında iştirak edə bilərəm”.
R.Abışov ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a məğlubiyyət barədə də danışıb: “Açığı, bu nəticəyə sürpriz deməzdim. Ayxan Abbasovun gəlişindən sonra “Sumqayıt”ın oyunlarında müsbət mənada inkişaf var. Bu da bizə çətinlik yaradırdı. “Sumqayıt” tamam başqa cür oynayırdı. İstəyirdim ki, mərhələni adlayan biz olaq.