Ölkə futbolu

Ruslan Abışov “Rubin” “kabus”una son qoyur – ÖZƏL

Azərbaycan milli komandasının aparıcı siması Ruslan Abışovun “Rubin” “kabus”u davam edir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Abışov göstərdiyi gözəl futbolla belə Kazan klubunun heyətində möhkəmlənə bilmir. Onun yayda “Rubin”dən ayrılma ehtimalı çoxalıb. Belə ki, Berdiyevin Kazan klubundan getməsinin ardından yeni çalışdırıcı Rinat Bilyaletdinov da öz siyasətini yürüdür. Yeni baş məşqçi “Rubin”ə 11 rus futbolçu gətirib və komandanı gəncləşdirmək istəyir. Məhz bu üzdən Ruslanın “Rubin”də qalma ehtimalı demək olar ki, çox azdı.

Əldə etdiyimiz digər məlumata görə, Abışov klubdan ayrılmaq istəməsi ilə bağlı yeni çalışdırıcı ilə söhbət edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Aqil Nəbiyev: “İlk hissədə xarakter nümayiş etdirdik”

admin

Tural Axundov: “Kəpəz”ə qol vursam sevinmərəm”

admin

“Bakcell Arena”da gərginlik son həddə çatdı: XL fanatları özlərini “yandırdılar”

admin