Milli komandamızın üzvü Ruslan Abışov Rusiyanın “Rubin” klubundan ayrıla bilər.
Bu barədə futbolçu özü idmanxeber.com-a açıqlamasında deyib.
Kazan klubunun şərəfini qoruyan, meydana çox az hallarda çıxan Abışov qışda başqa klubun formasını icarə əsasında geyinmək istədiyini bildirir:
“Burada işlərim yaxşı gedir. Qışda komanda təlim-məşq toplantısına yığışacaq. O zaman mən Kurban Berdiyevə yaxınlaşaraq onunla söhbət edəcəm. Məsləhət olsa başqa bir klubda icarə əsasında çıxış edəcəm ki, formadan düşməyim. Azərbaycana qayıtmaq fikirim yoxdur”.