24 Dekabr 2024
Milli komanda

Ruslan Abışov San-Fransiskoda baş tutacaq matçdan danışdı: “Yorğunluq hiss olunurdu”

“Uzun zamandan sonra yenidən bir araya toplaşmışıq. Komandada yaxşı əhval-ruhiyyə var. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Qarşıda ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu oyun bizim üçün böyük bir təcrübə olacaq. Baş məşqçi Berti Foqts bu görüşdə bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmlı olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşırıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.

Abışov hər şeyin qaydasında olduğunu bildirib:

“Güclü rəqiblərlə qarşılaşmaq həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, bu cür görüşlərin çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq. İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu. Yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq. Artıq tam uyğunlaşmışıq, hər şey yaxşıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43