28 Fevral 2024
Ölkə futbolu

Ruslan Abışov yeni baş məşqçisini sabah tanıyacaq

Millimizin üzvü Ruslan Abışovun formasını geyindiyi “Rubin” klubunun yeni baş məşqçisi sabah müəyyənləşəcək.

Adı açıqlanmayan çalışdırıcı müqavilə imzalamaq üçün artıq Kazana yola düşüb. Buna baxmayaraq, komandanı təlim-məşq toplanışına baş məşqçi əvəzedicisi Rinat Bilyaletdinov apara bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43