İcarə əsasında “Qəbələ”nin formasını geyən Ruslan Abışovun “Rubin” məsələsinə aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, uzunmüddətli danışıqlardan sonra “Qəbələ” klubu Abışovu “Rubin”dən alıb. Abışovun kazanlılarla müqaviləsinin bitməsinə yarım il qalmış, əyalət klubu futbolçunun transfer hüququna sahib olub.