23 Oktyabr 2024
Kateqoriyasız

Ruslan Abışovun yeni klubu rəsmən bilindi

Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun Bakı “İnter”inə keçidi rəsmiləşib.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, müdafiəçi ilə 1+1 illik şərti ilə saziş imzalanıb.

29 yaşlı futbolçu “İnter”ə son klubu “Qəbələ”dən gəlib.

“İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da tranfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43