Müsahibə

Ruslan Qurbanov: “Bəzi futbolçular başa düşmürdülər ki, hansı komandanın formasın geyinirlər” (MÜSAHİBƏ)

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov “Qaradağ-Lökbatan”la oyundan sonra müsahibə verib.

– Deyəsən meydana böyühesablı qələbə qazanmaq üçün çıxmışdız?

 Əslində, meydana bu məqsədlə çıxmamışdıq. Sadəcə, növbəti mərhələyə keçmək üçün mübarizə aparırdıq. İndi hesab belə alındı. Təbii ki, daha yaxşı oynamağımız sevindiricidir. Yəqin ki, bu gün də bizim günümüz idi.

– Qələbəni təmin edəndən sonra sanki komanda qola “doymurdu”…

– Konkret cavab verə bilmərəm ki, bu nə ilə bağlıdır. Düşünürəm ki, uşaqlar özlərini baş məşqçiyə sübut etmək istəyirdilər ki, biz qol vura bilirik.

– Bəs Samir Əliyevin vaxtında niyə özlərini sübut etmək istəmirdilər?

– Nəyinsə dəyişdiyini deməzdim . Hər şey öz yerində qalır. Ola bilər ki, Əsgər Abdullayevin təcrübəsi sözünü deyir. Ona görə də nəticələr belədi.

– “Rəvan”la qarşılaşmadan sonra demişdiz ki, bəzi futbolçular oynamaq istəmirlər. Bəlkə onlar baş məşqçini dəyişmək istəyirdilər?

– İnanmıram ki, kimsə onun getməsini istəyirdi. Amma bəlkə də kənardan elə görünürdü. Ola bilər ki, mənim sözlərim oyunçulara təsir edib və biz 3 qələbə qazandıq. Yəqin bəzi futbolçular başa düşmürdülər ki, hansı komandanın formasın geyinirlər. “Neftçi” sadə komanda deyil, xalqın komandasıdır.

– “Xalqın komandası”nın oyunu niyə bos tribunalar önündə keçir?

– Bizdə azarkeşlər ancaq nəticəni sevirlər. Stadion ancaq Avropa Liqasının oyunlarında dolur. Məsələn, “Qarabağ”ın oyunlarına baxsaq, bunu görə bilərik.

– Rəqibi necə qiymətləndirirsiniz?

– Bu gün oynadığımız “Qaradağ Lökbatan” pis komanda deyil. Yəqin ki, bu gün onların oyunu alınmadı. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, bu komanda sübut edəcək ki, Premyer Liqada oynaya bilərlər. (gülür)

– Qarşıda “Zirə” və “Qəbələ” ilə oyunlar var…

– Qələbə seriyamızı davam etdirmək və hər iki rəqibdən revanş almaq istəyirik. Həmçinin qış fasiləsinə ilk “3-lük”də getmək fikrindəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43