Rusiyanın bombardmanı nəticəsində Ukraynanın “Karpat” klubunun futbolçusu Vitali Sapilo həlak olub.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb. O, Kiyevin müdafiəsi uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb və daha sonra dünyasını dəyişib.
Qeyd edək ki, daha öncə “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko şəhid olmuşdu.