Milli komanda

Ruslardan Azərbaycan – Uels matçına maraq

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Uels oyunu təkcə ölkəmizdə canlı yayımlanmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, noyabrın 16-da keçiriləcək görüş Rusiyada da canlı yayımlanacaq. Qonşu ölkənin Matç Futbol 1 telekanalı sözügedən oyunu ekranlara gətirəcək.

Bu oyunu ölkəmizdə isə CBC Sport kanalı canlı yayımlayacaq.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43