Türkiyə millisinin koordinatorluğu vəzifəsində istefa baş verib.
Bu vəzifəni icra edən Rüştü Rəcbər istefa ərizəsini TFF-yə təqdim edib. Keçmiş qapıçı olan Rəcbər ərizəsində bunları yazıb: “Məni bu vəzifəyə layiq görən başda TFF prezidenti cənab Yıldırım Dəmirörən, idarə heyətinə və burada olduğum müddət ərzində mənimlə birlikdə olan iş yoldaşlarıma təşəkkür edirəm”.