26 Dekabr 2024
Ölkə futbolu

RÜSVAYÇILIQ! Xəqani Məmmədovun yetirmələri bütün qaydalara tüpürdü – AÇIQLAMA

Həvəskarlar arasında Azərbaycan birinciliyinin UGİM (Buzovna) – “Şəfəq” matçının 61-ci dəqiqəsində oyun dayandırılmışdır. Belə ki, “Şəfəq” klubunun 95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etmiş və “Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

– “Şəfəq” klubunun  95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etydiklərinə görə hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

– Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır (maddə 38).

– Oyun yarımçıq dayandırıldığı üçün “Şəfəq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verirlir (maddə 31).

Yuxarıda gördüyünüz qərarlar AFFA İntizam Komitəsinin növbəti iclasından verilmişdi.

İdmanxeber.com-a danışan “Şəfəq” klubunun baş məşqçisi Elçin Məmmədov isə matçın baş hakimi Emil Nağıbəyovun düzgün oyun idarə etmədiyini bildirərək, onun hakimliyə ləkə olduğunu vurğulayıb:

“İki  oyundur ki, Emil Nağıbəyov bizim oyunumuza təyinat alır. Birincisi heç bir ölkədə belə bir şey yoxdur ki, bir hakim eyni komandanın oyunlarına ard-arda təyinat alır. İkincisi isə keçən oyunda bizim komandanın futbolçusuna qırmızı vərəqə verdi. Səbəb isə futbolçuların söyüş söyməsi olmuşdu. Bu qərarda haqlı idi. Ancaq bu oyunda biz qonağıq, yerli komandanın nə həkimi, nə polisi olmadan oyunu başlatdı. Qaydalara görə bu mümkün deyil. Digər bir məqam isə UFİM klubunun 2 futbolçusu ilk hissədə söyüş söydü. Qırmızı vermək əvəzinə sarı vərəqə verir. Hətta bir epizodda futbolçu son ümid folu kimi topu əli ilə qaytardı, ancaq hakim yenə qırmızı vərəqə vermədi. Bundan sonra bizim oyunçular etiraz olaraq hakimin ətrafına toplaşaraq, haqqlarını tələb edirlər. Bizim futbolçulardan ikisinə qırmızı vərəqə verdikdən sonra ara qarışdı. Hakimlər qaçıb gedib girdilər paltardəyişmə otağına. Onları kimsə vurmayıb, ancaq söyüş söyüldüyünü etiraf edim.

Oyundan sonra hakimlərin yanına getdim. Emil Nağıbəyovla söhbət etdim, narazılığımı bildirdim. O da etiraf etdi ki, ilk hissədə qırmızı vərəqə verməli idi. Buzovna camaatından qorxduğu üçün hakim qırmızı verməyib. Protokola etirazımı yazacağımı bildirdim və razı oldular. Mən oradan aralaşdım və geri döndüyümdə hakimlər yox idi. Yan xətt hakimləri də, protokola ağızlarına gələni yazıblar. Xəqani Məmmədova 3 gündür ki, zəng vururam. Telefonumu açmır ki, etirazımı bildirim. Bu Emil Nağıbəyov hakimlik adına qara ləkədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43