28 Noyabr 2022
Kateqoriyasız

“Səbail” istefanı, “Sabah” təyinatı açıqladı


“Səbail” klubu icraçı direktoru Ramin Həsənovun vəzifəsidən getdiyini təsdiqləyib.

Bu haqda klubun rəsmi Feysbuk səhifəsinin yaydığı məlumatda bildirilib.

Onun öz istəyi ilə tutduğu vəzifədən ayrıldığı qeyd edilib. Məlumatda deyilir ki, müvəqqəti olaraq Klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək. “Səbail” Peşəkar Futbol Klubu Ramin Həsənova fəaliyyətinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ramin Həsənov fəaliyyətini “Sabahda davam etdirəcək. Klubun mətbuat xidməti bu haqda məlumatı təsdiqləyib.

Klubun yaydığı açıqlamada R.Həsənovun “Sabah”a icraçı direktor təyin edildiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

AFFA İcraiyyə Komitəsi toplaşır

admin

İtaliya A Seriyasında daha bir oyun təxirə salındı

admin

Moldova – Azərbaycan matçının vaxtı dəqiqləşib

admin