Ölkə futbolu

“Səbail”də “Kəpəz” oyunu öncəsi vacib itkilər

“Səbail” Azərbaycan Premyer Liqası 22-ci turunda üz-üzə gələcəyi “Kəpəz” matçına itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “dənizçilər” “sarı-göylər”lə oyunda cəzalı Yusif Nəbiyevlə Anas Najahın xidmətindən yararlana bilməyəcək. Bu futbolçularla yanaşı, zədəsi davam edən Ağabala Ramazanovla David Qomis də görüşdə iştirak etməyəcək.

“Kəpəz” – “Səbail” matçı bu gün saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43