AFFA İntizam Komitəsi “Səbail”in kapitanı Elton Yaqubluya ağır cəza verib.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bununla bağlı qərar İK-in bugün keçirilən iclasında qəbul olunub.
Qərarda bildirilib ki, Topaz Premyer Liqasının 12-ci turunun “Səbail” – “Neftçi” matçı başa çatdıqdan sonra meydan sahibi klubun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.