08 Dekabr 2022
Ölkə futbolu

Sənan Qurbanov: “Əgər De Byazinin yerinə əcnəbi gələcəksə…”

“Son dönəmdə oyunçularımız yaxşı formadadır. Həm “Qarabağ”ın heyətində, həm də çempionatda bu görünürdü. Nəticə vermələri gözlənilən idi. Üç oyundur ardıcıl qələbə qazanarıq. Düzdür, Qazaxıstan artıq qrupdan çıxmışdı, Slovakiya isə keçid dövrünü yaşayır. Ancaq yenə də futbolçuların performansını yüksək qiymətləndirmək lazımdır”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanov Azərbaycan millisinin Slovakiya və Qazaxıstan yığmasına qarşı keçirdiyi oyunları dəyərləndirərkən deyib. O, komandamızın yaxşı çıxış etdiyini və qrupda liderliyi qaçıtdığını da bildirib:

“Son iki rəqibin iddialı olub-olmaması sonrakı məsələdir. Əsas biz gördük ki, bu komanda nəticə qazana bilər. Olduqca yaxşı heyətimiz var. Hər iki görüşdə də bunu gördük. Canni De Byazi də dünənki oyunda etdiyi müdaxilələrlə matçın gedişatrını dəyişdirə bildi. Rəqib azlıqda qaldıqdan sonra üç hücumcuya keçmək komandaya əlavə motivasiya verdi. Meydana daxil olan futbolçuların da özlərini doğrultduqlarını demək olar.

Açığı, qrupda lider ola bilməməyimizə görə çox təəssüflənirəm. Hiss olundu ki, baş məşqçi komandanı bir az gec tanıdı. Cani De Byazinin komandasının inkifaşda olduğunu görmək olur. Oyunçuları çox yaxşı hazırlamışdı. Qrupda bu futbolçularla birinci ola bilərdik. Ancaq artıq qarşıya baxmaq lazımdır”

42 yaşlı gənc mütəxəssis italiyalı çalışdırı ilə yola davam edilib-edilməməsinə isə belə şərh verib:.

“Əgəri De Byazi ilə yollar ayrılıb onun yerinə başqa bir əcnəbi məşqçi gətiriləcəksə, mən bunun əleyhinəyəm. Çünki həmin mütəxəssisin də komandanı tanıması vaxt aparacaq. Necə ki, De Byazidə bunu gördük. Əgər gələn əcnəbi olacaqsa, italiyalının qalmasının tərəfdarıyam. Ancaq onun yerinə gələn məşqçi yerli olacaqsa, bəli, o zaman ayrılmasını dəstəkləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Zirə”nin hazırlıq matçları

admin

“Neftçi”nin kamerunlu forvardı sabah gəlir və…

admin

“Simurq” qələbə qazana bilmədi

admin