Kateqoriyasız

Sənan Qurbanov: “Klub prezidenti titul istəyir”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 1:2) şərh edib.

O, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Evdə məğlub olduq. Amma o matç bizə yaxşı təsir etdi. Çatışmazlıqları gördük və bu gün meydanda xarakter nümayiş etdirdik. İnamı itirmədik. Stresli matç oldu, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Qələbədə əsas pay sahibi isə futbolçulardır.

Final bir oyundan ibarətdi. “Sumqayıt” öz gücünü göstərib. Asan final olmur. “Qarabağ” da yaxşı komandadı. Amma “Sumqayıt” qələbə qazanıbsa, deməli, layiqdi. Zaur Axundovun dəstəyini hər zaman hiss edirik. Əlbəttə mükafat olacaq. Amma mətbuatda yazılanlardan xəbərim yoxdu. “Keşlə” çempionatda istədiyinə nail olmayıb. Klub prezidenti də titul istəyir. Mən də bunun üçün bacardığımı edəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Belə axmaq suallara cavab verməyəcəm” – Yossi Abuksis

admin

UEFA APOEL – “Qarabağ” oyununu diqqətdə saxlayır

admin

“Neftçi”də işləməyə hazıram” – Samir Ələkbərov

admin