06 Oktyabr 2024
Ölkə futbolu

“Səbail” heyətini gücləndirdi – RƏSMİ

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dənizçilər” ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib.

Peşəkar karyerasına ölkəsinin “Metallist” (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi “Luzitaniya”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43