Ölkə futbolu

“Səbail” legioneri ilə yolları ayırdı – rəsmi

“Səbail” futbolçusu Baxtiyarar Rahmani ilə yolları ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iranlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, ötən ilin noyabrından “Səbail”də çıxış edən Rahmaninin klubu ilə bu ilin yayına qədər müqaviləsi var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43