AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda baş verən neqativ hallara da hüquqi qiymət verilib.
İdmanxeber.az-ın məlumatına görə, U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.
Qeyd edək ki, milli komandamızın sabiq üzvü paytaxt klubunda seleksiyaçı kimi çalışır.