Kateqoriyasız

“Səbail” rəsmisi hakimə hədə-qorxu gəldiyi üçün 15 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda baş verən neqativ hallara da hüquqi qiymət verilib.

İdmanxeber.az-ın məlumatına görə, U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində “Səbail” komandasının rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.

Qeyd edək ki, milli komandamızın sabiq üzvü paytaxt klubunda seleksiyaçı kimi çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43