Ölkə futbolu

“Səbail” “Şamaxı”ya məğlub oldu – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ə vvəlcə autsayder “Səbail” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Görüş qonaqların qələbəsilə başa çatıb – 2:0.

Bu nəticənin ardından “Şamaxı” 24 xalla 7-ci pillədə qərarlaşıb. “Səbail” isə 18 xalla sonuncudu.

3 mart (bazar ertəsi)

Misli Premyer Liqası, 25-ci tur

17:00.“Səbail” – “Şamaxı” 0:2.

Qol: Vasiliye Bakiç, 41, Andrey Tirkoveanu, 53

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

VAR: Rəşad Əhmədov

AVAR: Namik Hüseynov

“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43