Ölkə futbolu

“Sumqayıt” və “Sabah”dan qələbə – YENİLƏNİB

Misli Premyer Liqasının XXV turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib. Son sıraları yaxından maraqlandıran “Səbail” evdə “Sumqayıt”a 1:0 hesabı ilə məğlub olub.

Günün digər matçında son iki oyunda meydandan məğlub ayrılan “Sabah”la iki oyunda 6 xal qazanılan “Kəpəz” arasında baş tutub. Qarşılaşma pataxt təmsilçisinin qələbəsi ilə sona çatıb – 2:0.

Premyer Liqa

XXV tur

4 mart (şənbə)

16:00. “Səbail” – “Sumqayıt” 0:1

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“ASCO Arena”

18:30. “Sabah” – “Kəpəz” 2:0

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43