20 Sentyabr 2024
Ölkə futbolu

“Səbail” Türkiyə klubuna qarşı

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” növbəti yoxlama matçını iyulun 13-də Türkiyə Superliqası komandalarından “Hatayspor”a qarşı keçirəcək. 

“Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43