Ölkə futbolu

“Səbail” uşaq futboluna belə zərbə vurur!

“Səbail” Futbol Akademiyasında çalışan məşqçilər və texniki işçilər bir neçə müddətdi ki, maaş üzünə həsrətdi.

İdmanxeber.az-a daxil olan məlumata görə, AFFA-nın kurasiyasında olan komandada durum acınacaqlıdı. Dörd aydan çoxdur ki, texniki işçilər və məşqçilər maaşını ala bilmir.

“Səbail” mövcud durumla bağlı məşqçilərə və texniki işçilərə boş-boş vədlər verərək günü günə satır.

Hətta klubda aşağı yaş qruplarından ibarət komandalarda forma problemi belə yaşanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43