Kateqoriyasız

“Səbail”də 3 ayrılıq – rəsmi

“Səbail” futbolçuları Florian Kadriu və Milovan Petroviklə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki legionerin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Petrovik 2020-ci ilin iyulundan, Kadriu isə avqustdan “Səbail”də çıxış edir.

* * *

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, 24 yaşlı gürcüstanlı yarımmüdafiəçi Luka İmnadzenin müqaviləsi yenilənməyib.

Klub ona gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43