Kateqoriyasız

“Səbail”də baş məşqçi ilə bağlı qərar açıqlandı – rəsmi

Bu gün “Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib. Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.

Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. 3 ildir baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.

“Səbail” Premyer Liqada 2020/21 mövsümünü 8-ci – sonuncu sırada bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43