“Səbail”dən ayrılan müdafiəçi Adi Mehremiçin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçu karyerasını ölkəsi Bosniya və Herseqovinada davam etdirəcək.
O, “Velej Mostar” klubu ilə anlaşıb. Mehremiz yeni komandasıyla 1 illik müqaviləyə qol çəkib.
Adi 2011-2013-cü illərdə də bu komandada çıxış edib.