08 Sentyabr 2024
Ölkə futbolu

“Səbail”dən növbəti transfer – RƏSMİ

 “Səbail” Keniya millisinin üzvünü heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb. Madi Quetanın ardından Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son olaraq Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub. Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43