05 Oktyabr 2024
Ölkə futbolu

“Səbail”dən qələbə, “Sabah” heç-heçə etdi – YENİLƏNİB

Misli Premyer Liqasında 9-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Səbail” “Şamaxı”nı qəbul edib. Görüş “dənizçilər”in qələbəsiylə başa çatıb – 2:0. 

“Sabah” isə öz meyanında “Araz-Naxçıvan”la qarşlaşıb. 2 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.

 5 oktyabr

Misli Premyer Liqası, 9-cu tur

19:30. “Sabah” – “Araz-Naxçıvan” 1:1

Qollar: Boyan Letiç, 5 (1:0), Felipe Santos, 7 (1:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev

Bank Respublika Arena.

17:00. “Səbail” – “Şamaxı” 2:0

Qol: Qorka Laruçça, 27, Madi Queta, 68

Qırmızı vərəqə: Brahim Konate, 63 (“Şamaxı”)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

ASCO Arena.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43