Kateqoriyasız

“Səbail”dən Səudiyyə Ərəbistanı klubuna

 “Səbail”dən ayrılan Camal Araqonun yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumaatına görə, qanalı müdafiəçi karyerasını Səudiyyə Ərəbistanının “Ohod” klubunda davam etdirəcək.  O, artıq yeni klubunda ictimaiyyətə təqdim edilib.

C.Araqo 2021-ci ildən Bakı təmsilçisində oynayırdı. Klub onunla iyunda başa çatan müqaviləni yeniləməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43