Ölkə futbolu

“Səbail”in kapitanı karyerasında ilki yaşadı

“Səbail”in kapitanı Rahid Əmirquliyev “Sabah”la oyunda karyerasında ilki yaşayıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun matçın 78-ci dəqiqəsində gördüyü qırmızı vərəqə əlamətdar olub. Belə ki, 33 yaşlı oyunçu karyerası ərzində ilk dəfədir ki, Premyer Liqa görüşündə “qırmızı” alıb.

Təcrübəli futbolçu bu günə qədər ölkə kuboku qarşılaşmalarında belə meydandan qovulmayıb.

“Səbail” sözügedən matçda rəqibinə 0:4 hesabı ilə məğlub ayrılıb.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43