Ölkə futbolu

“Səbail”in “Sürix”lə oyununun vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Səbail”in növbəti yoxlama matçının vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi yanvarın 19-da İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

“Miracle Resort” idman kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstanın “Aqvital” klubunu 3:2 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43