“Səbail”in zədəli futbolçusu Fərid Nəbiyevin son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz”la görüşdə (1:1) forma geyinə bilməyən yarımmüdafiəçinin zədəsi elə də ciddi deyil. Onun 4-5 gün sonra komanda ilə məşqlərə başlayacağı bildirilir.
Xatırladaq ki, Nəbiyev Premyer Liqanın XII turu çərçivəsində keçirilən “Kəpəz” görüşündə (0:1) zədələnmişdi.