Kateqoriyasız

“Səbirsizlənirəm” – “Qarabağ”ın yeni transferi

“Qarabağ”ın yeni transferi Yassin Benziya “köhlən atlar”a transferi ilə bağlı paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, əlcəzairli futbolçusosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Qarabağ” kimi böyük komandaya qoşulduğum üçün çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm”.

Xatırladaq ki, Fransanın “Dijon” klubundan transfer edilən 29 yaşlı vingerlə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43