Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə antidopinq sahəsində beynəlxalq irəliləyişlər müzakirə edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin tətbiqi ilə bağlı layihələr barədə məlumat verib.
ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.
Görüşdə həmçinin Ş. Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.