Ölkə futbolu

Səfərov “Qəbələ” ilə vidalaşdı: “Buradan ayırlmaq mənim üçün çətindi”

“Neftçi”nin yeni transferi Emil Səfərov sabiq klubu “Qəbələ” ilə vidalaşıb.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Salam, “Qəbələ” ailəsi. Əziz dostlar, komandadan ayrılıram. Bu müddət ərzində mənə dəstək olanlara, çiyin-çiyinə məşq etdiyim komanda yoldaşlarıma, texniki işçilərə, məşqçilər heyətinə, azarkeş qrupumuza və klub rəhbərliyinə təşəkkür edirəm. Allah hamınızın yolunu açıq eləsin. Buradan ayrılmaq mənim üçün çətindi. İnşallah ki, “Qəbələ” düşdüyü yerdən qalxacaq və daha güclü komanda görəcəyik. Hər birinizə çox sağ ol deyirəm və gələcək karyeralarınızda uğurlar arzulayıram. Görüşmək ümidi ilə”.

Xatırladaq ki, Səfərov “Neftçi” ilə 3 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43