Azərbaycan I liqa komandalarından “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, başa çatan mövsümdə II liqa komandası “Füzuli”də top qovmuş Haqverdi Həsənov bölgə təmsilçisinin maraq dairəsinə düşüb. 27 yaşlı yarımmüdafiəçi paralel olaraq həm də II liqa klublarından olan – “Hypers” və “Şəfa”dan təklif alıb.
“Zaqatala” hazırda azad agent olan futbolçuya öz təklifini edib və qarşı tərəfdən cavab gözləyir.
Qeyd edək ki, Haqverdi Həsənov müxtəlif illərdə MOİK, “Şahdağ” kimi klubların şərəfini qoruyub.