Kateqoriyasız

Şəhidimizin atasına son sözləri – VİDEO

Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşə yollanan Goranboy rayonunun Düzqışlaq kənd sakini şəhid Elşən Zeynalov, Tərtərin Suqovuşan kəndinin düşməndən azad edilməsində fəal iştirak edib. Bir bacının yeganə qardaşı olan E.Zeynalov, doğmAları ilə oktyabrın 12-nə qədər əlaqə saxlayıb. Sonuncu dəfə atasına özündən və ailə üzvlərindən muğayat olmağı tapşırıb.
Düzqışlaq kəndinin daha bir şəhidi Eldar Baxşıyevdir.
Nənəsi Rahilə Məsimova böyük nəvəsi olan Eldarın çağırış vərəqəsi alarkən sevinərək döyüşə yollandığını deyir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhu şaddır. Çünkü düşmən tapdağından azad edilən torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır. (Baku TV)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43