25 Noyabr 2024
Ölkə futbolu

Şəhriyar Əliyevdən rekord

Topaz Premyer Liqasının IX turu “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin dublu ilə əlamətdar olub. “Qəbələ” ilə qarşılaşmada (2:2) qonaqların qapısına 2 dəfə yol tapan müdafiəçi bunu matçın ilk 19 dəqiqəsində gerçəkləşdirib.

Bu, son iki ildə Premyer Liqanın ən erkən dubludur. Ölkə çempionatları tarixində matçın əvvəlində belə tez 2 qol vuran sonuncu futbolçu Baqali Dabo olub. Fransalı hücumçu “Qəbələ”də çıxış etdiyi vaxt indiki klubu “Neftçi” ilə görüşün ilk 16 dəqiqəsində iki qola sevinib. Şəhriyardan 777 gün əvvəl – 2016-cı il sentyabrın 10-da keçirilən matçda ümumilikdə 3 top vuran hücumçu 8:0 hesablı qələbədə pay sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43